Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi sahəsində ideya və təşəbbüslərinin yeni keyfiyyət mərhələsini görməkdəyik.
Bu sahədə, rektor Elbrus İsayevin rəhbərliyi ilə qardaş Türkiyə Cümhuriyətinin nüfuzlu universitetlərinə reallaşmış olan səfər, NDU-nun müvafiq ali məktəblərlə daha səmərəli işbirliklərinə yeni zəminlər açmaqdadır. Səfərin, anlaşmaların və yeni ortaqlıqların hədəflərinə diqqət etdikdə aydın olur ki, yaxın gələcəkdə, NDU artıq regional və milli mahiyyətli elm və tədris proseslərindən daha çox, beynəlxalq və qlobal əsaslı proseslərin olduqca fəal təmsilçisinə, iştirakçısına və hərəkətverici qüvvəsinə çevrilmiş olacaq.
İnkişaf istiqamətli görüşlərin gedişinə diqqət etdikdə, aydın olur ki, NDU ilə İstanbul Texniki Universiteti (ITÜ) arasında reallaşmış olan görüşdə nanotexnologiya və
energetika sahəsində birgə laboratoriyaların yaradılması nəzərdə tutulur ki, bu da, yeni elmi əsaslı layihələrin səmərəliliyinin olduqca mühüm ifadəsi olaraq əhəmiyyətli olacaq. Nəzərə alsaq ki, qardaş Türkiyə Cümhuriyyətinin ən köklü ali məktəblərindən biri olaraq İTÜ ilə birgə laboratoriyaların qurulması mümkün olacaq, artıq yeni keyfiyyət mərhələsində xüsusilə də, NDU üçün elmi-tədqiqat universitetinə transformasiya mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Düşünürük ki, bu proseslərin, əhəmiyyətini bir sıra sahələr üzrə dəyərləndirmək olar ki, bundan biri, onun daha çox strateji əhəmiyyətinə görə səciyyələndirmək olar. Xüsusilə də, burada:
– Elmi infrastrukturun gücləndirilməsimümkün olacaq. Bununla, nanotexnologiya və energetika kimi yüksək texnoloji sahələrdə laboratoriyaların yaradılması NDU-nun maddi-texniki bazasını beynəlxalq səviyyəyə yaxınlaşdırır və onun müvafiq fakültələrini daha da hərəkətləndirir;
– Yaşıl enerji və regional prioritetlər əlçatan olacaq. Energetika istiqaməti Naxçıvan Muxtar Respublikasının alternativ enerji potensialı (günəş və külək enerjisi) ilə uyğunlaşır, onun praktik tətbiq imkanlarını yaradır və bu sahədə muxtar respublikanın sosial iqtisadi inkişafında Naxçıvan Dövlət Universitetinin rolunu bir model olaraq təqdim edir;
– Texnopark və innovasiya mühitinin səmərəliliyi artmış olacaq: Bu əməkdaşlıq gələcəkdə startap mədəniyyətinin, texnopark modelinin və sənaye–universitet əməkdaşlığının formalaşmasına zəmin yarada bilir;
– Beynəlxalq reytinq potensialı daha da güclənmiş olacaq. Birgə elmi məqalələr və layihələr universitetin akademik görünürlüğünü daha da yüksəltmiş olacaq. Beləliklə, bu bəhs olunanlar, NDU-nun klassik tədris modelindən tədqiqat yönümlü modelə keçid mərhələsini açıqlığı ilə ortaya qoya bilir.
Eyni zamanda, bu proseslərdə, NDU ilə Mərmərə Universitetinin sosial və tibb elmlərində əməkdaşlıq haqqında razılığa gəlməsinin də olduqca mühüm əhəmiyyətini qeyd etmək olar. Təbii olaraq, səfərin mahiyyətini açıqlayanda aydın olur ki, Mərmərə Universiteti ilə imzalanan müqavilə NDU-nun inkişafında həm humanitar, həm də, səhiyyə sahələrinin beynəlxalq inteqrasiyası mərhələsini nəzərdə tutur və buna əlverişli perspektivlər açmış olur. Həmin perspektivləri bütün tərəflərinə görə həm də belə düşünə
bilərik:
– Ortaq elmi rəhbərliyin və dissertasiya proqramları icra olunması: Bu model NDU-da doktorantura və magistratura təhsil səviyyələrində elmin keyfiyyətini artıracaq ki, bu da, daha etibarlı ixtisaslaşma, daha dinamik mütəxəssis və kadr hazırlığının əsaslarını yaratmış olacaq;
– Tibb və ictimai sağlamlıq sahəsində təcrübə mübadiləsi: Region üçün aktual olan səhiyyə məsələlərində müasir yanaşmaların tətbiq olunması ilə davamlı ola bilər. Təbii olaraq bu da, ortaq tibb –səhiyyə menecmentinin də təsisatlarını gündəmə gətirmiş olacaq. Nəzərə alsaq ki, qarşıdakı tədris illərində NDU-nun “Səhiyyə menecmenti” kimi magistratura təhsil səviyyəsində yeni ixtsaslaşma üzrə qəbul aparması hədəflənmiş olur, onda bu proseslərin daha mütərəqqi nəticəsi olacağına əminlik artır;
– Türkologiya istiqaməti: TÜRKİYAT İnstitutu ilə əməkdaşlıq NDU-nun Türk dünyası ilə elmi-mədəni inteqrasiyasını gücləndirəcək və universiteti regional humanitar mərkəzə çevirə bilər. Bu proses, həm də, yeni iqtisadi reallıqlar müstəvisində NDU-nun bütünlükdə, ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının Azad İqtisadi Zona və Logistik Mərkəz olaraq üstlənmiş olacağı proseslərə hərəkətverici
təsiri ilə ifadə olunacaq;
– Akademik mobillik: müəllim və tələbə mübadiləsi beynəlmiləlləşmə strategiyasının əsas elementidir. Bu isə, NDU-nun pedaqoji heyətinin, həmçinin tələbə və
magistrlərinin dünya elminə daha çevik inteqrasiya olunmasını təmin etmiş olacaq. Eyni zamanda, bu mərhələ, NDU-nun yalnız texniki deyil, həm də sosial-humanitar elmlər üzrə regional liderlik hədəflərinin reallaşdığını göstərir. Səfər çərçivəsində NDU rektorunun Memar Sinan Gözəl Sənətlər Universitetinin rəhbərliyi ilə də keçirmiş olduğu əhəmiyyətli görüşlərinin də xüsusi önəmi olacaq. Burada, ikili diplom layihələrinin və şəhərsalma istiqamətlərinin ələ alınması daha modern elm və tədris təşkilatlanmasından xəbər vermiş olur. Ölkəmizdə “Memarlıq və şəhərsalma ili” çərçivəsində həyata keçiriləcək tədbirlərin çoxistiqamətliliyi fonunda ikili diplom layihəsinin NDU üçün daha böyük əhəmiyyəti olacaq ki, bu da, ixtisaslaşmış akademik brendləşmə mərhələsi kimi qiymətləndirilə bilər.
Burada, zəruri və çağdaş yanaşmalar daha çox bir sıra xüsusiyyətlərinə görə fərqlənmiş olacaq:
– Etibarlı şəhərsalma, baş planların nəzərdə tutulan hədəflərə daha düzgün uyğunlaşdırılmasına və regional planlaşdırmanın tənzimlənməsinə zəmin olacaq və bu,
Naxçıvan Mutar Respublikasının şəhərlərinin urban inkişaf modeli ilə birbaşa sintez təşkil etmiş olacaq;
– Hər iki ali məktəb ikili diplom layihəsinin reallaşması ilə NDU məzunlarının beynəlxalq əmək bazarına çıxış imkanlarını genişləndirəcək və bununla da, Naxçıvan
Dövlət Universitetinin beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi sahəsində ideya və təşəbbüslərinin nə qədər məhsuldar olduğunu göstərmiş olur;
– Əldə olunan qarşılıqlı münasbətlər, mahiyyətinə görə, memarlıq və incəsənət sahəsində birgə layihələrin səmərəsini yüksəltmiş olacaq və bununla da, yaradıcılıq
ekosisteminin formalaşmasına səbəb olacaq. Beləliklə də, belə qənaətə gəlmək olar ki, bəhs olunan əməkdaşlıqlar, NDU-nun regional şəhərsalma və memarlıq mərkəzinə çevrilməsi istiqamətində atılmış strateji addımdır.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az

