Tədrisin və elmin olduqca aktual və etibarlı mexanizmlərini reallığa çevirən Naxçıvan Dövlət Universiteti, geridə qalan illərin mütərəqqi potensialını formalaşdıra bilmişdir. Bu sahədə, bir-birini əvəz edən tədris illərinin uğurla təşəkkül tapmış olan qəbul planları həm ölkə vətəndaşlarının, həm də əcnəbi vətəndaşların ali təhsil alma sahəsindəki hədəflərini daha da əlçatan etmişdir. Universitet rektoru, hörmətli Elbrus İsayevin təcrübəli idarəetmə bacarıqları əsasında milli və əcnəbi mənsubiyyətə malik olan tələbələrin heç bir fərq qoyulmadan yalnız tələbə adında bərabər qayğı və diqqətlə
əhatə olunması daha səmərəli ixtisaslaşma mühitinin dayaqlarını yarada bilmişdir.
Elə bunun nəticəsidir ki, gündəlik dövlət dəstəyini bütün sahələr üzrə düzgün paylaşan rektor, bu sahədə daha dinamik göstəriciləri ilə daha faydalı nəticələrin əldə olunmasına zəmin yaratmışdır. Bunun da nəticəsində universitetimizdə təhsil alan əcnəbi tələbələrin vətəndaşı olduqları ölkələrin sayında da dinamik artım özünü göstərmişdir. Belə ki, geridə qalan 2025-ci ildə Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin qəbulu üzrə ölkə sayı 14-dən 22-yə çatdırılmışdır. Beləliklə NDU, əcnəbi tələbə sayına görə 2025-ci ildə də ölkə üzrə liderliyini qorumuşdur.
Təbii olaraq, əcnəbi tələbələr də universitetimizdə yaradılan dayanıqlı və güvənilir ixtisaslaşma mühitindən yetərincə bəhrələnmişdir. Hələ 2020-ci ildən bütün dünya ölkələrini cənginə alan Pandemiyanın təsirlərindən bütün tələbələrin qorunması sahəsindəki tədbirlər, əcnəbi tələbələri də əhatə etmişdir. Belə ki, bəhs olunan ilin aprel ayında – öz ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə bir aylıq ərzaq payı, iyul ayında 94 əcnəbi tələbəyə maddi yardım, dekabr ayının 30-da Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanın digər bölgələrindən olan və əcnəbi tələbələrə bayram sovqatı verilmişdir. Sonrakı illər ərzində də, xüsusilə, 2021-ci ildə Ramazan və Qurban bayramlarında əcnəbi tələbələr üçün bayram sovqatı, 2022-ci ildə Azərbaycanın digər rayonlarından olan və əcnəbi tələblər üçün Ramazan və Qurban bayramlarında bayram sovqatları
verilmişdir.
Bütün bunlar, Naxçıvan Dövlət Universitetinə, onun mənsub olduğu dövlətə, malik olduğu kollektivə və idarəetməsi ilə inkişaf etdiyi rektoruna olduqca güclü rəğbətin gerçək ifadəsi olmaqdadır. Məhz bu sahədə, geridə qalan tədirs illərində Naxçıvan Dövlət Universitetinin fakültələrində Türkiyə, İran, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Nigeriya, Rusiya, İraq, Misir Ərəb Respublikası, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Almaniya, Banqladeş kimi ölkələrin vətəndaşlarının təhsil almaları da buna əyani sübut olmaqdadır.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az