Gundelik.az Elm və təhsil Ədəbiyyat ARTAN ETİMAD VƏ SEÇİM DİNAMİKASI İLƏ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ
Elm və təhsil Ədəbiyyat

ARTAN ETİMAD VƏ SEÇİM DİNAMİKASI İLƏ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

Modernləşmənin önündə gedən Naxçıvan Dövlət Universiteti, bir-birini əvəz edən tədris illərinin olduqca mühüm perspektiv göstəriclərini özündə əks
etdirməkdədir. Yeniliklərlə davam edən elm və tədris proseslərinin ardıcıl islahatlar müstəvisində təşkili və idarə olunması müasir elm və tədris proseslərinin geniş ictimaiyyətə dolğun təqdimatı olaraq əhəmiyyətlidir. Bu bir həqiqətdir ki, Naxçıvan Dövlət Universiteti, malik olduğu güclü resurs təminatı, etibarlı ixtisaslaşma mühiti və ardıcıl islahatlar müstəvisində inkişaf dinamikası ilə bütün tədris illərinin olduqca aktual potensialını formalaşdırmışdır. Naxçıvan Dövlət Universitetinin son 6 ildə müəllifi olduğu layihələr, bütün istiqamətlər üzrə elm və tədris proseslərinin tənzimlənməsinə, daha yenilikçi ideya və təşəbbüslərin ortaya qoyulmasına və nəticə etibarı ilə müasir tələblərin yer almış olduğu potensialın formalaşmasına xidmət etməkdədir. Bunlar isə, təbii olaraq, 2020- ci ildən üzü bəri Naxçıvan Dövlət Universitetinin daha çox islahatçı, innovativ, modernləşmənin önündə gedən bir ali təhsil ocağı olmasına təminat yaratmaqdadır.
Eyni zamanda, bu göstərici ilə ali məktəbimiz, regional xüsusiyyətlər üzrə mövcud hüdudları genişləndirərək, milli təhsilin, daha doğrusu, beynəlxalq təhsilin bir parçasına, əhəmiyyətli tərkib hissəsinə və hərəkətverici qüvvəsinə də çevrilməkdədir. Fikrimizi 2020 və 2026-cı təqvim, həmçinin 2020-2021 və 2025-2026-cı tədris illərinin tələbələrin artım dinamikası üzrə də izah etmək olar. Bəhs olunan illərin müqayisəsinə diqqət etdikdə aydın olur ki, 2020-2021-ci tədris ilinin yekunlarına görə Naxçıvan Dövlət Universitetində 6008 tələbə təhsil almışdırsa, artıq 2025-2026-cı tədris ilinin nəticələrinə görə bu göstərici 11693 olmuşdur. Daha doğrusu, iki dəfəyə yaxın artmışdır. Ümumiyyətlə, sonrakı tədris illərində tələbələrin artım dinamikası aşağıdakı kimi olmuşdur:
– 2021-2022-ci tədris illərində 6473;
– 2022-2023-cü tədris illərində 7496;
– 2023-2024-cü tədris illərində 9691;
– 2024-2025-ci tədris illərində 11163.
Bu, hər şeydən əvvəl, gənclərin, abituriyentlərin tələbə arzusunda olan çevik intellektual mülkiyyət sahiblərinin Naxçıvan Dövlət Universitetinin elm və tədris proseslərini dəstəkləmələrinin gerçək ifadəsidir. Həmçinin, bu, müasir tədris gözləntilərinin reallaşması ilə daha da cəlbedici olan universitetimizin cəmiyyətimiz tərəfindən əhatə olunmasıdır. Eyni zamanda, bu, Naxçıvan Dövlət Universitetinin rektoru, təcrübəli elm və tədris adamı Elbrus İsayevin ali təhsil idarəetməsinin, universitet quruculuğunun və ixtisaslaşma proseslərinin olduqca peşəkar müəllifi olduğunu bir daha göstərir. Çünki, düzgün qərar, düşünülmüş addım, məqsədyönlü tədbirlər vaxtında olmaqla, daha səmərəli, daha faydalı və daha perspektivli nəticələr gətirməkdədir. Eyni zamanda, tələbə artımı üzrə dinamikanın təşəkkülü, həm də:
– yeni ixtisasların açılmasının əmək bazarının dəyişən tələblərinə uyğunluğu ilə müşayiət olunmaqla, gənclərin və abituriyentlərin hədəflərini dolğun şəkildə olmaqla ifadə etdiyini göstərir;
– müasir dövrün çağırışlarına və tələblərinə xas olaraq, ixtisaslaşma proseslərində etibarlılığa təminat yaradır;
– tədrisi ingilis dilində olan ixtisaslara qəbul proseslərini təşkil və idarə etməklə, milli mahiyyətcə yanaşı, həm də beynəlxalq baxış üçün şəffaf və cəlbedici təqdimat formalaşdırmış olur;

– innovativlik, texnoloji təminatlılıq və alternativlik xüsusiyyətlərinə malik olan dəyərlər əsasında güclü dayaqlar yaradır;
– ölkənin sosial, iqtisadi, mədəni, hüquqi, diplomatik və digər sahələrinin kadr hazırlığı sahəsindəki məqsədlərinə dəstək olur.
Bir sözlə, göstərilən dinamika üzrə Naxçıvan Dövlət Universitetinin həm mövcud potensialı, həm cari dövrlər üzrə tədbirləri, istərsə də, Milli Prioritetləri çərçivəsində reallaşdırmış olacağı layihələr 2026-2027-ci tədris ili üzrə daha dinamik nəticələrlə müşayiət olunacaq.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Gundelik.az

Exit mobile version