İyul 23, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp: Husilər yenidən hücum etsələr, buna görə İran məsuliyyət daşıyacaq

ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib.

Gundelik.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçün gəmilərə hücum etməsinə görə onlara çox güclü zərbələr endirdi. O vaxtdan bəri və İranla münaqişəmiz dövründə onlar kifayət qədər məsuliyyətli davranıblar. Təəssüf ki, ötən gecə iki Səudiyyə Ərəbistanı gəmisinə atəş açmaqla yenidən buna başlayıblar”, – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti vurğulayıb ki, husilər bu cür hərəkətləri təkrarlayacağı təqdirdə Vaşinqton buna görə İranı məsul tutacaq.

“Husilər İranın dəstəklədiyi qüvvədir. Belə hal yenidən baş verərsə, İrana və əlbəttə ki, husilərin özlərinə qarşı ciddi hərbi cəza tədbirləri görüləcək. İndiyədək peşəkar və ağıllı davrandıqları halda yenidən bu yola qayıtmalarından məyusam”, – deyə Tramp əlavə edib.