ABŞ Prezidenti Donald Tramp mühafizəkar iqtisadçı və Federal Ehtiyat Sisteminin (FED) keçmiş idarə heyətinin üzvü Kevin Varşı FED-in yeni sədri vəzifəsinə namizəd kimi irəli sürdüyünü açıqlayıb.
Gundelik.az xəbər verir ki, D.Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşımında bildirib.
“Kevini uzun müddətdir tanıyıram və heç bir şübhəm yoxdur ki, o, FED tarixinin böyük sədrlərindən biri, bəlkə də ən yaxşısı olacaq. O, sizi heç vaxt məyus etməyəcək”, – deyə Tramp qeyd edib.
K.Varş daha əvvəl, 2006–2011-ci illərdə FED-in İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. O, 2008-ci il maliyyə böhranı dövründə FED sədri Ben Bernankenin əsas məsləhətçilərindən biri olub.

