İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Siyasət Xəbərlər

Tramp: Çinlə razılaşacağıq

Çinə tətbiq etdiyim tariflərlə dünya tarixinin ən böyük iş oğurluğuna son qoyuruq. Anlaşmaq istəyirlər və biz bunu edəcəyik, amma ədalətli bir razılaşma olacaq.

Gundelik.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ikinci prezidentliyi dövrünün 100-cü günündə Miçiqan ştatında çıxışı zamanı deyib.

Tramp, xüsusən də vəzifədə olduğu ilk 100 gündə sərhəd təhlükəsizliyi, siyasət və iqtisadiyyat sahəsində mühüm addımlar atdığını ifadə edib: “100 gündə Vaşinqtonda təxminən 100 ildə ən köklü dəyişikliyi etdik”.

Çıxışının böyük hissəsini sərhəd təhlükəsizliyini təmin etmək üçün atdıqları addımlar və iqtisadiyyatda etdiklərini danışmağa sərf edən Tramp, təxminən 3 ay ərzində həm daxili, həm də xarici siyasətdə mühüm işlər gördüklərini bildirib.

ABŞ prezidenti Tramp demokratların partiya olaraq ciddi inam itkisinə məruz qaldığını, respublikaçıların isə onun administrasiyası kontekstində daha güclü olduğunu müdafiə etdi.

Qanunsuz immiqrantların sərhədi keçməsinin qarşısını almaq vədi yerinə yetirdiyini açıqlayan Tramp söyləyib: “Bütün zamanların ən az qeyri-qanuni sərhəd keçidi rekordunu qırdıq. Bu qeyri-qanuni keçidlər bizim vəzifə müddətində 99,99 faiz azaldı. Bu, rekord göstəricidir”.

Sabiq prezident Co Baydeni sərhəd təhlükəsizliyinə məhəl qoymamaqda günahlandıran Tramp, Baydenin dövründə hər cür cinayətkarın sərhədə girdiyini, lakin qeyri-qanuni keçidləri, demək olar ki, aradan qaldırdıqlarını vurğulayıb.

“Biz başqa millətlər üçün döyüşərdik, amma özümüz üçün yox. Nəhayət, sərhədlərimizi və millətimizi qoruyan bir prezidentiniz var”, – Tramp deyib.

ABŞ əsilli bəzi dəstələri “xarici terror təşkilatı” elan edən və bu təşkilatların üzvlərini sərhəddə yaxalayaraq El Salvadora göndərdiklərini deyən Tramp mitinqdə bu qeyri-qanuni mühacirləri əks etdirən video nümayiş etdirib.

“Mən Çin əvəzinə Amerikanı birinci yerə qoyuram. Bayden dövründə çoxlu iş yerlərini itirdik itirildiyini, lakin bu məşğulluq sahələrini Amerikaya qaytaracağıq. Mən Çin əvəzinə Miçiqan və Amerikanı birinci yerə qoyuram. Çinə tətbiq etdiyim tariflərlə biz dünya tarixinin ən böyük iş oğurluğuna son qoyuruq”, – Tramp qeyd edib.

Çıxışında demokratları hədəfə alan Tramp deyib: “Seçkidən əvvəl haqqımda yazılan xəbərlərin 97 faizi mənfi idi, buna baxmayaraq, bunun heç bir etibarı olmadığı üçün biz yenə də böyük fərqlə qalib gəldik”.

İqtisadiyyatla bağlı qiymətləndirmələr edən Tramp inflyasiyanın azalmasına diqqət çəkib.
Tramp inflyasiya və istiqraz gəlirlərinin çox yaxşı iş görmədiyini söyləyib.

“Hal-hazırda Çinə gömrük rüsumu145 faizdir, amma düşünürəm ki, bu məsələ həll olunacaq. Onlar razılıq əldə etmək istəyirlər və biz də razılaşacağıq, lakin bu, ədalətli sövdələşmə olacaq”, – ABŞ lideri bildirib.

Tramp həmçinin inflyasiyaya son qoyacaqlarını, maaşları artıracaqlarını və dünya tarixinin ən böyük iqtisadiyyatını təmin edəcəklərini açıqlayıb.

Gundelik.az