Gundelik.az Dünya Tramp bu siyasətçiləri Konqresdən qovmaq istəyir
Dünya Siyasət Xəbərlər

Tramp bu siyasətçiləri Konqresdən qovmaq istəyir

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsini onun impiçmentinə təşəbbüs göstərməyə cəhd edən iki demokratı Konqresdən çıxarmağa çağırıb.

Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ağ Evin rəhbəri vurğulayıb ki, ona qarşı çıxan siyasətçilər “nəzarətdən çıxıb” və yenidən onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər, baxmayaraq ki, indiki Amerika liderinin hansı səbəbdən impiçment proseduruna məruz qala biləcəyini bilmirlər.

“Respublikaçılar xüsusilə seçkilər zamanı törətdikləri bütün cinayətlərə görə onları Konqresdən qovmaq barədə düşünməlidirlər”, – Tramp bildirib.

O əlavə edib ki, demokratlara indi impiçment prosedurlarından “ölkəmizi xilas etmək üçün əlindən gələni edən” prezidentə qarşı silah kimi istifadə etməyə icazə verilir. Siyasətçi xatırladıb ki, o, ilk prezidentlik dövründə oxşar sxemlə qarşılaşıb, lakin indi onun partiya yoldaşları bir daha onlara bu işdən əl çəkməyə imkan verməyəcəklər.

Bir neçə gün əvvəl Demokrat konqresmen Şri Tanedar Trampın impiçmenti üçün qətnamə təqdim edib. Siyasətçi ədalətin qarşısının alınması, beynəlxalq təcavüz, qeyri-qanuni qurumların yaradılması, korrupsiya və hakimiyyətdən zalımcasına sui-istifadə kimi səbəbləri göstərib.

Gundelik.az 

Exit mobile version