Gundelik.az Xəbərlər TRAMP ADMINİSTRASİYASININ YÜKSƏK VƏZİFƏLİ RƏSMİLƏRİ YEMENDƏKİ HƏRBİ ƏMƏLİYYATLARLA BAĞLI MƏXFİ MƏLUMATLARI SƏHVƏN JURNALİSTLƏ PAYLAŞIB
Xəbərlər

TRAMP ADMINİSTRASİYASININ YÜKSƏK VƏZİFƏLİ RƏSMİLƏRİ YEMENDƏKİ HƏRBİ ƏMƏLİYYATLARLA BAĞLI MƏXFİ MƏLUMATLARI SƏHVƏN JURNALİSTLƏ PAYLAŞIB

ABŞ-ın keçmiş təhlükəsizlik rəsmiləri The Atlantic jurnalında yayımlanan məlumatlara təəccüblə və narahatlıqla reaksiya veriblər. Xəbərə görə, prezident Donald Trampın administrasiyasının yüksək vəzifəli şəxsləri, Yəməndəki hərbi əməliySubyekt.az yatlarla bağlı məxfi və detallı planları şifrəli mesajlaşma tətbiqi olan Signal üzərindən paylaşaraq, təsadüfən bir jurnalisti qrup söhbətinə əlavə ediblər. Məlumata əsasən, o vaxtkı milli təhlükəsizlik müşaviri Mike Waltz, vitse-prezident J.D. Vance, müdafiə naziri Pete Hegseth və dövlət katibi Marco Rubio daxil olmaqla, ABŞ-ın yüksək səviyyəli rəsmilərini bir qrup söhbətinə toplayıb. Onlar Yəməndə beynəlxalq dəniz nəqliyyatına təhdid yaradan husilərə qarşı hücumları müzakirə ediblər. Lakin Waltz səhvən The Atlantic jurnalının baş redaktoru Jeffrey Goldbergi də bu söhbətə əlavə edib. Söhbət zamanı Pentaqonun təsdiqlənmiş məxfi rabitə sistemlərindən istifadə edilməyib. Bunun əvəzinə, ABŞ-ın yüksək rütbəli rəsmiləri hərbi əməliyyat planlarını Signal vasitəsilə bölüşüblər. Keçmiş kəşfiyyat və müdafiə rəsmiləri bunu milli təhlükəsizliyə ciddi təhlükə kimi qiymətləndiriblər. ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Leon Panetta, məsul şəxslərin dərhal vəzifədən azad edilməli olduğunu bildirib: “Bir jurnalistin bu müzakirələrə daxil edilməsi ciddi səhvdir. Bu məlumatlar husilər tərəfindən öyrənilsəydi, onlar ABŞ qüvvələrinə qarşı hücuma keçə bilərdilər.”ABŞ hökumətinin məxfi informasiyanı qorumaq üçün SIPR və JWICS kimi təhlükəsiz rabitə sistemlərindən istifadə etdiyi halda, yüksək vəzifəli rəsmilərin Signal üzərindən bu cür həssas məlumatları paylaşması ciddi qanun pozuntusu hesab edilir. Hüquq ekspertlərinə görə, bu cür hallar ABŞ-ın Casusluq Qanunu (Espionage Act) kimi federal qanunlarının pozulması deməkdir və normal hallarda bununla bağlı dərhal istintaq açılmalı idi.

Exit mobile version