ABŞ prezidenti Donald Trampın administrasiyası İranı hədəf alan hücumların indiyə qədər 12 milyard dollara başa gəldiyini bildirib.
ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett CBS News-un “Face the Nation” proqramına qonaq olub.
Hassett bildirib ki, Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi hücumlar ABŞ-a indiyə qədər 12 milyard dollara başa gəlib.
O, ABŞ-ın mövcud silah ehtiyatlarının kifayət qədər olduğunu müdafiə edərək, hazırkı mərhələdə Konqresdən əlavə büdcə tələb etməyi planlaşdırmadıqlarını deyib.
“İranlıların etdikləri Amerika iqtisadiyyatına zərər verə bilməz”, – deyən Hassett qeyd edib ki, ABŞ artıq 1970-ci illərdən fərqli olaraq böyük neft istehsalçısıdır.
Digər tərəfdən, ABŞ-ın İrana qarşı hücumlarının ilk 6 günündə xərclərin 11,3 milyard dolları keçdiyi iddia edilmişdi.
ABŞ-İsrailin İrana hücumları
İsrail və ABŞ, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam edərkən 28 fevralda İrana hərbi hücum başlayıb.
İran isə buna cavab olaraq İsraillə yanaşı ABŞ bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə hücumlar edib.
ABŞ və İsrailin hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei ilə birlikdə çox sayda yüksək vəzifəli şəxs öldürülüb.
İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1348-i, yaralananların sayı isə 17 mini keçib.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

