Gundelik.az Siyasət Tramp: ABŞ Venesuelada neft hasilatını artırmağa daha çox diqqət yetirir
Siyasət Xəbərlər

Tramp: ABŞ Venesuelada neft hasilatını artırmağa daha çox diqqət yetirir

Vaşinqton administrasiyası hazırda Venesuelada seçkilərin keçirilməsindən daha çox onun neft infrastrukturunun bərpasına diqqət yetirir.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Düşünürəm ki, ilk növbədə neft hasilatını düzəltməyə çalışırıq. Venesuela çox az neft istehsal edir. Amerika bu ölkəyə böyük neft şirkətləri gətirəcək, onlar infrastrukturu təmir edəcək və investisiya qoyacaqlar”, – deyə Tramp respublikada neft hasilatını artırmaq üçün tədbirlərə toxunaraq əlavə edib. 

Exit mobile version