ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Səudiyyə Ərəbistanına F-35 döyüş təyyarələri satmağa hazırdır.
Gundelik.az xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü ərəfəsində verib.
“Mən bunu etməyi planlaşdırıram. Onlar bizim böyük müttəfiqimizdir. İrana baxın – onların nüvə imkanlarını məhv etmək üçün nə etdiyimizi görürsünüz. Bəli, deyə bilərəm ki, F-35 satışını həyata keçirəcəyik”, – Tramp bildirib.
Daha əvvəl Tramp administrasiyası Ər-Riyada F-35 satışı imkanını nəzərdən keçirdiklərini açıqlamışdı.
ABŞ mediası yazır ki, bu proses müəyyən çətinliklərlə üzləşib və xüsusilə İsrailin belə satışa müsbət yanaşmadığı bildirilir.

