Gundelik.az Siyasət Tramp: ABŞ İrana qarşı cavab variantlarını nəzərdən keçirir
Siyasət Xəbərlər

Tramp: ABŞ İrana qarşı cavab variantlarını nəzərdən keçirir

ABŞ İranda baş verən hadisələrə ciddi şəkildə reaksiya verməyi planlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ lideri İran tərəfinin “qırmızı xətti” keçdiyini qeyd edib:

“ABŞ bu məsələyə çox ciddi yanaşır. Hərbçilər bütün bunları izləyir və biz müxtəlif ciddi variantları nəzərdən keçiririk. Tezliklə bu məsələ ilə bağlı qərar verəcəyik”.

O qeyd edib ki, İran tərəfi danışıqlar aparmaq istəyir. Bu kontekstdə ABŞ prezidenti İranın nüvə proqramını müzakirə etmək üçün nümayəndələri ilə görüşmək ehtimalını istisna etməyib.

Donald Tramp həmçinin bildirib ki, ABŞ etirazlar səbəbindən pozulan İranda internetə çıxışı bərpa etmək üçün tədbirlər görə bilər.

Exit mobile version