Donald Tramp ABŞ-ın İrana qarşı hərbi hücumlarını iki-üç həfdə ərzində dayandıra biləcəyini və Tehranın müharibənin bitməsi üçün şərt kimi razılaşma əldə etməli olmadığını demişdi.Çərşənbə axşamı Ağ Evdə Tramp “Çox texliklə ayrılacağıq” deyib və çıxışın “iki həftə, bəlkə də üç həfdə” baş verə biləcəyini əlavə edib.
Münaqişənin sona çatması üçün İranla uğurlu diplomatiyanın tələb olunub olunmadığı sualına Tramp cavab verib. “İranın razılaşma əldə etməsi vacib deyil. Mənimlə razılaşma əldə etmələri vacib deyil.”
ABŞ prezidenti daha əvvəl Avropa müttəfiqlərini tənqid edərək Truth Social da bildirib ki, Hörmüz boğazı ətrafındaki məhdudiyyətlər səbəbindən təyyarə yanacağı ala bilməyən Birləşmiş krallıq kimi ölkələr boğaza getməlidir və sadəcə bunu götürməlidirlər.
Bu arada yaxın şərqdə döyşlər davam edir. Livanın paytaxdı Beyrut ağır hava hücumlarına məruz qalıb və İsrail ordusu Hizbulah komandirini və başqa bir yüksək vəzifəli şəxsi hədəf aldığını bildirib.
Qısa müddət əvvəl Ağ Ev Trampın çərşənbə axşamı millətə müraciət edəcəyini açıqlayıb. Biz bunu baş verən kimi canlı yayımda işıqlandılacağıq.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC
Gundelik.az
