Oktyabr 6, 2026
Baku
Dünya Xəbərlər

Toyuna 3 gün qalmış 22 min lirəlik gəlin ayaqqabısına görə tərk edildi – FOTO

Toyuna cəmi 3 gün qalmış seçdiyi 22 min lirəlik gəlin ayaqqabısına görə nişanlısı ilə mübahisə edən gənc qadın gözlənilməz şəkildə tərk edilib. Nişanlısının ona göndərdiyi sərt ayrılıq mesajını sosial şəbəkədə paylaşan qadının hekayəsi qısa müddətdə gündəmə gəlib.

Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mesajda nişanlısı 4 min lirəlik ayaqqabı variantının da olduğunu, lakin qadının sırf “gəlin ayaqqabısı” olduğu üçün 22 min lirəlik modeli seçdiyini bildirib.

“Mən səninlə necə ailə saxlayacağam? Orada 4 min lirəlik dikdaban ayaqqabı da var idi. Amma sən gedib sırf adı gəlin ayaqqabısıdır deyə 22 min lirəlik ayaqqabını seçib almısan. Sən zarafat edirsən? Bir dəfə gəlin olacağam deyib əlimizdə-ovucumuzda nə varsa xərclədin. Bu iş burada bitdi. Özünə yaxşı bax. Nişanda taxdığımız zinət əşyalarını da geri göndər. Ayaqqabı sənin olsun”, – deyə nişanlısı yazıb.

Gənc qadın nişanlısının mesajını ağladığı anın fotosu ilə birlikdə paylaşaraq, toyuna 3 gün qalmış bu şəkildə tərk edilməsinin onu sarsıtdığını bildirib.

Sosial şəbəkə istifadəçiləri iki yerə bölündü

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər kişinin son anda belə qərar verməsini və ayrılma səbəbini haqlı hesab ediblər. Digərləri isə toyuna cəmi 3 gün qalmış bir ayaqqabıya görə münasibətə son qoyulmasını həddindən artıq sərt qərar kimi qiymətləndiriblər.

Nuri
Gundelik.az