Yaponiyanın avtomobil korporasiyası “Toyota Motor” 2025 maliyyə ilində (31 mart 2025-ci ildə başa çatıb) 10,47 milyondan çox avtomobil satıb.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd edilib ki, bu, “Toyota“nın iki ildə ilk dəfə yeni satış rekordu qırmasıdır.
Yerli analitiklər, Tramp administrasiyası tərəfindən tətbiq edilən və Yaponiyanın avtomobil sənayesi üçün xüsusilə ağır olan ticarət tarifləri də daxil olmaqla müxtəlif çətinliklərə baxmayaraq, satışların rekord səviyyədə olduğunu bildirirlər.
Yaxın Şərqə ixrac həcminin kəskin azalması isə rekord göstəriciyə mane olmayıb.
Məlumata görə, “Toyota“nın 2025-ci maliyyə ilində qlobal satışları 2% artıb.

