Gundelik.az Hadisə “Torqovı”da yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb, xəsarət alan var
Hadisə Xəbərlər

“Torqovı”da yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb, xəsarət alan var

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Gundelik.az-a verilən xəbərə görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Exit mobile version