İllərdir ki, 2019–2023-cü illər arasında satılan Hardware 3 sistemli Tesla avtomobillərinin sahibləri tam avtonom idarəetməni aktiv edəcək proqram yeniləməsini gözləyirdilər. Lakin 22 aprel 2026-cı ildə keçirilən Tesla-nın rüblük maliyyə hesabatı zamanı Elon Musk nəhayət cavab verdi – və bu, çoxlarının gözlədiyi cavab deyildi.
Musk təsdiqlədi ki, şirkətin üçüncü nəsil hardware-i ilə işləyən avtomobillər yalnız proqram vasitəsilə nəzarətsiz (unsupervised) Full Self-Driving imkanına çata bilməz. Bu avtomobillər üçün fiziki hardware yenilənməsi tələb olunur. Başqa sözlə, dünyada satılmış təxminən 4 milyon avtomobil bu xüsusiyyətə sadəcə proqramla sahib ola bilməyəcək.
Musk Hardware 3 haqqında nə dedi?
“Hardware 3 sadəcə olaraq nəzarətsiz FSD-ni təmin etmək qabiliyyətinə malik deyil,” – deyə Musk bildirib. Onun sözlərinə görə, bu avtomobillərdə FSD vədini reallaşdırmaq üçün yeni kompüter və yeni kameralar quraşdırılmalıdır.
FSD uzun müddətdir Tesla avtomobillərinin əsas satış üstünlüklərindən biri olub. Məhz buna görə bu açıqlama 2019–2023-cü illər arasında Tesla alan istifadəçilər üçün böyük məyusluq yaradır.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

