Oktyabr 19, 2026
Baku
Ölkə Xəbərlər

TƏBİB 6,7 milyon manatlıq tibbi vasitə alır

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi bir sıra tibbi vasitələrin alqı-satqısı ilə əlaqədar hazırlıqlara başlayıb.

Bu barədə Gundelik.az qurumdan məlumat əldə edib.

Belə ki, orqan transplantasiyası əməliyyatlarında istifadə olunan tibbi vasitələrin, tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahi sapların və artroplastika (diz və bud-çanaq endoprotezləri) əməliyyatlarında istifadə üçün nəzərdə tutulmuş tibb vasitələrin satınalınması nəzərdə tutulub.

Sözügedən vasitələrin satınalınmasına 6,7 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.