Gundelik.az Dünya Tarixin ən böyük partlaması: Qızıl və gümüş rekord həddə çatdı! Bazarların vəziyyəti nə olacaq
Dünya Xəbərlər

Tarixin ən böyük partlaması: Qızıl və gümüş rekord həddə çatdı! Bazarların vəziyyəti nə olacaq

ABŞ və İsrail həftə sonu İrana hücuma başladıqda, Yaxın Şərqdə yeni müharibə gündəmi sarsıtdı və bölgədən gələn son xəbərlər bazarları narahat edir. İranın Ali Rəhbər Xameyninin öldürülməsini təsdiqləməsi və tarixin “ən dağıdıcı” cavab tədbirini keçirəcəyi ilə hədələməsindən sonra gərginlik artıb.

İndi qızıl və gümüş qiymətləri nə olacaq?

İranın dağıdıcı cavab andı verməsi və regiondaki hədəflərə zərbələr endirilməsinin ardınca ABŞ Prezidenti Donald Tramp bildirib ki, “İran indiyə qədər heç vaxt hücum etmədiyi kimi güclü hücuma keçəcəyini bildirib. Amma onlar bunu etməməlidirlər, çünki bunu etsələr, biz onlara əvvəllər görmədikləri bir qüvvə ilə zərbə endirəcəyik.” İndi soruşulan sual budur ki, “indi qızıl və gümüş qiyymətləri necə olacaq?”

Cenevrədə ABŞ və İran arasında danışıqlar prosesi getsə də, son günlər münaqişə ehtimalının artması ötən həftə qızılın qiymətinin kəskin artmasına səbəb olub.

Cümə günü qızılın qramı 287 manatın üzərinə qarxarkən, qızılın unsiyyə qiyyməti 5265 dollara çatıb. Gümüşün qramı təxminən 6% dəyər qazanaraq 5,14 manata çatdı, gümüşün unsiyə qiyməti isə 94 dolların üzərində sınaqdan keçirildi.

 

Tərtib edən:Cəfərova Kəmalə

İsdinad: CNN Türk

Gundelik.az

Exit mobile version