Arıqlama prosesində yalnız kalorini azaltmaq deyil, qidaların keyfiyyətinə də diqqət yetirmək vacibdir. Liflə zəngin qidalar daha uzun müddət tox qalmağa və iştahanı idarə etməyə kömək edir.
1. Paxlalılar
Mərci, noxud və quru lobya həm lif, həm də bitki mənşəli zülalla zəngindir. Daha uzun müddət toxluq hissi yaradır və qan şəkərinin sürətli dəyişmələrinin qarşısını almağa kömək edir.
2. Yulaf
Yulafın tərkibindəki beta-qlükan adlı həll olunan lif mədənin boşalmasını yavaşladaraq toxluq müddətini uzadır.
3. Çia toxumu
Su ilə təmasda həcmini artıran liflər ehtiva edən çia toxumu qatıq, kefir və salatlara əlavə edilə bilər. Beləliklə, yeməyin lif miqdarını artıraraq toxluq hissinə kömək edir.
Liflə zəngin qidaları müntəzəm istehlak etmək aclığa nəzarəti asanlaşdırır. Ancaq heç bir qidanın təkbaşına arıqlatmadığını unutmaq olmaz. Balanslı qidalanma, kifayət qədər zülal, fiziki aktivlik və porsiya nəzarəti birlikdə nəzərə alınmalıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

