Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Ağır məktəb çantası uşaqlarda bel ağrısına səbəb olur
⁠Ailə, qadın və uşaq Xəbərlər

Ağır məktəb çantası uşaqlarda bel ağrısına səbəb olur

Məktəb dövründə uşaqların istifadə etdiyi çantanın düzgün seçilməsi və daşınması onurğa sağlamlığı baxımından olduqca vacibdir. Mütəxəssislər ağır və düzgün istifadə edilməyən çantaların uşaqlarda çiyin, boyun, bel və kürək ağrılarına səbəb ola biləcəyini bildirirlər.

Uşaqlarda bel ağrıları duruş pozğunluğu, əzələ gərginliyi, onurğa əyrilikləri, uzun müddət televizor və kompüter qarşısında oturmaq, eləcə də hərəkətsiz həyat tərzi ilə əlaqəli olur. Xüsusilə ağır çantaların bir çiyində daşınması onurğada tarazlığın pozulmasına və əzələ spazmlarına səbəb olur.

Mütəxəssislər çantanın çəkisinin mümkün qədər azaldılmasını, ağır əşyaların çantanın arxa hissəsinə yaxın yerləşdirilməsini və çantanın uşağın yaşına və boyuna uyğun seçilməsini tövsiyə edirlər. Çanta iki çiyin asqısı ilə daşınmalı, askılar geniş və yumşaq olmalıdır. Bel dəstəyi olan modellərə üstünlük verilməsi də faydalıdır.

Kiçik yaşlı uşaqlar üçün təkərli çantalar alternativ ola bilər. Uşaqda davamlı bel ağrısı müşahidə edilərsə, səbəbin müəyyənləşdirilməsi üçün həkim müayinəsi vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version