Səməd Vəkilov yazır: Məmməd Arazın Azərbaycan dünyası
Millətin, xalqın tərbiyəsində, onun kultivasiya olunmasında ədəbiyyatın və şairin rolu danılmazdır. Dünyada özünəməxsusluğu bənzərsizliyi ilə tanınan türk millətinin formalaşmasında nəhəng fikir adamı olan Ziya Göyapla bərabər Mehmet Akif Ersoyun da rolu danılmazdır. Məmməd Araz poeziyası təsir gücü M.A.Ərsoyla müqayisə edilə bilən səviyyədədir. M.Araz poeziyası müdriklik timsalı, vətənpərvərlik nümunəsidir. Məmməd Arazın şeir çələnginin hər gülü Azərbaycan
