Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınması Paşinyanın mövqelərini gücləndirəcək – RƏY
Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək. Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu, Azərbaycanın da maraqlarına uyğundur: “Nikol Paşinyan gələn
