Xorvatiya Azərbaycandan neft idxalını artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon ABŞ dolları dəyərində 428,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 125 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm
