Banklar ticarət və xidmət sektoruna kredit qoyuluşlarını artırıb
Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,2 milyard manata çatıb. Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib. Məlumata görə, bu göstərici aylıq müqayisədə 2,8 milyon manat və ya 0,01% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 327 milyon manat və ya 8,4% çoxdur.
