Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Gundelik.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə
