Xarici maliyyə mənbələri Azərbaycana investisiyalarını 471 milyon manata yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2,003 milyard manat məbləğində investisiya edilib. Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 470,7 milyon manat və ya 30,7% artıb. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1,403 milyard manatı neft-qaz sektoru, 600 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü
