Bənzərsiz təmsil ustadı Hikmət Ziya
Ədəbiyyat aləmimizdə tanınmış söz ustaları çox olub. Onlar xatırlanarkən ilk yada düşən qələm sahiblərindən biri də Hikmət Ziyadır. Hikmət Ziya dedikdə, maraqlı və məzəli təmsillərin, gözəl məhəbbət şeirlərinin, həmin şeirlərə bəstələnmiş gözəl musiqilərin, “Qonşu qonşu olsa, kor qız da ərə gedər”, “Saqqalın kəraməti”, “Pul dəlisi” komediyalarının, “Dəcəl dovşan”, “Qərib cinlər diyarında” filmlərinin ssenari müəllifi göz
