Xalqının maarifləndirilməsi yolunda çox işlər görmüş Abdulla Şaiq
Uşaqların sevdiyi nağıllar, şeirlər və hekayələr deyildikdə Abdulla Şaiqin adı ilk xatırlanan yazıçılardandır. Onun əsərlərində xeyirxahlıq, vətən sevgisi və düzgünlük əsas yer tutur. Qələmə aldığı əsərlər uşaqların təxəyyülünü zənginləşdirməklə yanaşı, onlara düzgünlük, əməksevərlik, xeyirxahlıq və vətənpərvərlik kimi mühüm mənəvi dəyərləri aşılayır. Uşaqların dünyagörüşünü genişləndirmək, onları savadlı və vətəninə bağlı fərdlər kimi yetişdirmək məqsədi ilə qələmə
