Çingiz Şahbazi: “Orta Dəhliz Azərbaycanın TDT-də əhəmiyyətini artırır”
Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat, enerji və logistika sahələrində əməkdaşlığın dərinləşdiyi mühüm regional platformalardan birinə çevrilib. Şərqlə Qərbi birləşdirən strateji coğrafi mövqeyi, həyata keçirdiyi iri nəqliyyat və enerji layihələri, eləcə də balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan təşkilat daxilində təşəbbüskar ölkələrdən biri kimi çıxış edir. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən
