TRASEKA: tarixi və əhəmiyyəti
Avropa İttifaqı Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRASEKA) proqramını təklif edərkən üzv dövlətlərin qlobal strategiyasına uyğun olaraq bir sıra əsas məqsədləri önə çəkmişdi. Rəsmi ifadə edilən məqsədlər içərisində alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, yeni müstəqillik qazanmış respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərmək, üzv dövlətlər arasında gələcək regional əməkdaşlığı dəstəkləmək,
