Vaşinqtonun Mərkəzi Asiyadan idxal etməyi planlaşdırdığı məhsullar məhz Azərbaycan üzərindən nəql olunacaq – ŞƏRH
ABŞ Prezidenti Donald Tramp Avstraliya, Malayziya, Tailand və Yaponiya ilə strateji mineral ehtiyatlarla bağlı sazişlər əldə etdikdən sonra diqqətini Orta Asiyaya yönəldib. Noyabrın 6-da Vaşinqtonda ABŞ Prezidenti ilə Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan) liderləri arasında 5+1 formatında görüş keçirilib. Vaşinqtondakı müzakirələrin əsas mövzusu ABŞ-ın Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış imkanları olub.
