Azərbaycan Macarıstandan məhsul alışını 10% artırıb
Cari ilin yanvar-mart aylarında Azərbaycanla Macarıstan arasında ticarət əməliyyatlarının həcmi 14,6 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,6 milyon ABŞ dolları və ya 11,7% çoxdur. Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan Macarıstana 1,1 milyon dollarlıq məhsul
