Azərbaycan və Türkiyə hərbi müttəfiqliyə Mərkəzi Asiya ölkələrini cəlb etmək istəyir – AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısındakı çıxışlarında üzv dövlətlər arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zərurətini xüsusi vurğulayıblar. Prezident İlham Əliyevin çıxışında bu mövzuda “türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”, “ölkələrimiz arasında hərbi və
