“Məktəbi şagirdlər üçün ən sevilən, ən təhlükəsiz və faydalı məkana çevirmək lazımdır” – Cahid İmanlı
Yeni tədris ilinin başlanması həm müəllimlər, həm şagirdlər, həm də tələbələr üçün yeni mərhələnin başlanğıcıdır. Tədris ilinin uğurlu keçməsi isə yalnız müəllim və şagirdin şəxsi hazırlığından deyil, həm də təhsil mühitinin necə təşkil olunmasından asılıdır. Müəllimin öz işinə həvəslə başlaması, il ərzində motivasiyasını qoruması üçün əmək şəraiti, məktəbin maddi-texniki bazası, idarəetmə sistemi və pedaqoji prosesin
