Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Gundelik.az-ın məlumatına görə, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan
