Şuşakəndin yeni nəfəsi- Əhliyət Abbasovun hekayəsi – FOTO
Xocalı rayonunun Şuşakənd kəndində həyat yenidən canlanır. Uzun illər işğal altında qalan kənd bərpa edilərək, sakinlərini yenidən qarşılayır. Kəndə ilk mərhələdə dönən ailələr arasında bu torpağın köklü sakinlərindən biri də 79 yaşlı Əhliyət Talış oğlu Abbasovdur. Əhliyət Abbasov uzun illər Şuşa şəhəri və ətraf yaşayış məntəqələrində həm dəmirçi, həm də sınıqçı kimi fəaliyyət göstərib. El-obanın
