ŞÖVKƏT ZƏRİN HOROVLUNUN ÖMÜR POEZİYASI
Tanınmış şair, yazıçı Şövkət Zərin Horovlu bu dəfə ömrünə şeirlə səyahət etməli oldu. O, “Yaşananlar yadda qalanlardır” deyimi ilə ağrını, sevinci, ovqatın anını oxucuları ilə bölüşür. Xatirələri çözələyərək ömrünə salam verən Şövkət xanım keçmişi zaman-zaman vərəqləyir. Yaşananlara poetik don geyindirən şair olanları yaddaşdan yaddaşa köçürür. Gah atalı-analı günlərə, gah gənclik sevgisinə, gah payıza
