Şimal-Cənub Nəqliyyat Dəhlizi: tarixi və perspektivləri
Şimal-Cənub Nəqliyyat Dəhlizinin adı ilk dəfə ötən əsrin 70-ci illərində işlədilməyə başlamışdır. O zamanlar “Şimal-Cənub” ifadəsi “dəhliz” ifadəsi ilə eyni işlədilmirdi. Belə ki, 1976-cı ildə 27 ölkənin iştirakı ilə keçirilən beynəlxalq iqtisadi əməkdaşlıq üzrə Paris Konfransında “Şimal-Cənub dialoqu” kimi yaranmışdır. Bu zaman şimalın inkişaf etmiş ölkələri, cənubun isə inkişafa ehtiyac duyan ölkələri öz maraqlarını ifadə
