Azərbaycan Ukraynaya silah tədarükü edə bilər
Rusiya Ukraynadakı obyektlərinə hücumu davam etdirərsə, Bakı Kiyevi silahlandıracaq. Gundelik.az xəbər verir ki, bu barədə “Caliber” mənbələrə istinadən məlumat yayıb. “Rusiya ordusu Azərbaycanın Ukraynadakı qaz obyektlərinə hücumu davam etdirərsə, Bakı Kiyevə silah tədarükünə qoyulan qadağanı aradan qaldıracaq”, – deyə məlumatda vurğulanıb. Gundelik.az
