Pedaqoji savadla təhsil inkişaf edə bilməz – Aqşin Yenisey
Savadın iki növü var: pedaqoji savad və ictimai savad. Pedaqoji savad tədris proqramlarıyla əhliləşdirilmiş savaddır, çərçivələri var. Düşüncənin kənara sıçramasını yasaqlayır. Özünün qəlibləri və hərəkət ərazisi var. Qiymətləndirilmək vərdişlərinə sahibdir. Qiymətləndirilmədikdə küsür, inciyir, şikayət edir və s. İctimai savad pedaqoji qəliblərdən kənara çıxmış və bir daha evə dönməmiş savaddır. Heç bir cərçivə və hərəkət ərazisi
