ŞAM
İki barmaq arasında sıxılmış Kibrit üzünü Şama tutur: – Səni yandırmağa gəlmişəm. – Yox… Əsla. Bunu etmə. Yoxsa yanıb əriyərəm, heç bir kəs heç bir zaman qamətimə, gözəlliyimə heyran ola bilməz, – deyə Şam yalvarır. Kibrit soruşur: – Bütün ömrün boyu faydasız, gərəksiz qalmaqmı istərsən?
