Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 12 iyun 2026-cı il tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar! Bizim iclasımız müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirilir. İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək. Yaxşı bilirik ki, bu gün müasir tariximizdə müstəsna yer tutur. Hörmətli deputatlar! 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən az sonra dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir
