“S&P” Fransanın kredit reytinqini aşağı salıb
Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Fransanın xarici və milli valyutalarda uzunmüddətli suveren kredit reytinqini “AA-” səviyyəsindən “A+” səviyyəsinə endirib. Gundelik.az-ın agentliyə istinadən məlumatına görə, reytinq üzrə proqnoz “stabil” olaraq saxlanılıb. Bununla yanaşı, qısamüddətli reytinqlər də “A-1+” səviyyəsindən “A-1” səviyyəsinə endirilib. Analitiklərin açıqlamasına əsasən, 2026-cı il üçün büdcə layihəsinin parlamentə təqdim edilməsinə baxmayaraq, Fransanın dövlət
