Qalalar şəhəri olan tarixi Bitlis
İlin fəsillərindən asılı olmayaraq Türkiyənin hər hansı bir bölgəsinə üz tutan qonaq orada mütləq yeni bir təbiət möcüzəsi ilə qarşılaşır. Sanki, Tanrı bu Türkiyəni bir cənnət olaraq yer üzünə bəxş etmişdir. Türkiyəyə səyahət edən hər kəs cənnətə düşdüyünü anlayır. Türkiyənin gözəlliyi haqqında yüzlərlə səyyah öz əsərlərində qeydlər aparıblar. Məşhur səyyah Övliya Çələbi öz əsərlərində yazır:
