Rusiya vətəndaşı Azərbaycanda şirkət yaradıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Günəş və Ay” şirkətini dövlət qeydiyyatına alıb. Gundelik.az xəbər verir ki, şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir. Bakının Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 6 ünvanında yerləşən şirkət 50000 manat sərmayə ilə təsis edilib. Şirkətin qanuni təsmilçisi Rusiya vətəndaşı İsrailova Zhanati adlı şəxsdir. Gundelik.az
