Rusiya şirkəti Qazaxıstanda ilk atom elektrik stansiyası tikəcək
Qazaxıstan hakimiyyəti ilk Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün əsas podratçı kimi “Rosatom”u seçib, çünki digər şirkətlər ölkəyə qiymət baxımından belə əlverişli şərtlər təklif edə bilməyiblər. Gundelik.az xəbər verir ki, bunu Lenta.ru-ya qazaxıstanlı ekspert və politoloq Roman Yuneman deyib. İyunun ortalarında məlum olub ki, Qazaxıstan hökuməti tərəfindən çağırılan tender komissiyası ilk atom elektrik stansiyasının (AES) tikintisi üzrə beynəlxalq konsorsiumun
