Öz yaradıcılığı ilə rus ədəbiyyatı tarixində dönüş nöqtəsi yaradan A.S.Puşkin
Puşkin təkcə Rusiyanın yox, rus xalqının yox, bütün bəşəriyyətin dahi insanlarından biridir. Təsadüfi deyildir ki, Puşkinin yaradıcılığı – qısa bir ömür zamanı yazdığı həddən-ziyadə əsərləri dünyanın bir çox xalqları tərəfindən sevilə- sevilə oxunur, öyrənilir və bu əsərlər insanlara mənəvi qida verir. Ulu öndər Heydər Əliyev Puşkin dedikdə bizim xəyalımızda XVIII əsr rus ədəbiyyatının axtarışlarına tarixi
