Rusiya məşhur rok qrupunu axtarışa verdi
Ukraynanın məşhur “Nervy” rok qrupu məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, musiqiçilərin 775 min rubl borcu var və bu səbəbdən Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) onlara qarşı icraat başladıb. Qeyd olunur ki, icra işi hələ 2025-ci ilin martında açılıb, lakin bu günə qədər borc ödənilməyib.
