Azərbaycan və Slovakiyanın parlament sədrləri mətbuata bəyanatla çıxış ediblər
Milli Məclisin sədri Sahibə Qafarova və Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi bu gün keçirilən ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Bu səfərin Azərbaycan ilə Slovakiya arasındakı parlamentlərarası əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyən spiker Sahibə Qafarova özünün 2021-ci ilin oktyabrında Slovakiyaya rəsmi səfərini xatırladaraq, həmin səfərin Milli Məclis sədrinin Slovakiyaya ilk səfəri
